Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən yalnız 11-i ötən ilə müqayisədə bu il sığorta yığımlarını artıra biliblər.
Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ən böyük artım “Xalq Sığorta” ASC-də qeydə alınıb. Bu sığorta şirkəti 2019cu ildə 12milyon 681 min sığorta yığımı əldə edib ki, ötən ilə müqayisədə 286% daha çox olması deməkdir.
Digər ikinci yerdə 98% artımla “Amrah Sığorta” və 88% artımla “Rəvan Sığorta” durur.
Ən böyük kiçilmə dünyaca məşhur “Axa”nın tərk etdi “AxaMBASK” (90%), eləcə də, Azərbycan Sənaye Sığorta (33%) və “Atəşgah Həyat Sığorta” (29%) kimi sığotaçılardır.
| Sığortaçıların 2019-cu ilin yanvar-iyun ayları üzrə sığorta haqlarının yığımına görə dinamikası | |||
| № | Sığortaçının adı | Sığorta Haqları, min manatla | Sığorta Haqları, ötən ilki göstərici ilə müqayisədə |
| 1 | Xalq Sığorta | 12,680.95 | 286% |
| 2 | Amrah Sığorta | 289.53 | 98% |
| 3 | Rəvan Sığorta | 1,291.33 | 88% |
| 4 | Naxçıvansığorta | 229.23 | 80% |
| 5 | Qala Sığorta | 12,720.05 | 71% |
| 6 | A-Qroup Sığorta Şirkəti | 4,291.09 | 30% |
| 7 | Standard Insurance | 4,757.57 | 23% |
| 8 | İpək Yolu Sığorta | 8,588.24 | 11% |
| 9 | Bakı Sığorta | 522.51 | 7% |
| 10 | Paşa Sığorta | 89,197.64 | 7% |
| 11 | AzərSığorta KŞ | 36,157.72 | 4% |
| 12 | Meqa Sığorta | 14,603.41 | -3% |
| 13 | AtaSığorta | 9,382.56 | -9% |
| 14 | Atəşgah Sığorta Şirkəti | 17,633.04 | -10% |
| 15 | AzSığorta | 7,263.55 | -17% |
| 16 | Günay Sığorta | 2,675.45 | -20% |
| 17 | Qala Həyat Sığorta Şirkəti | 5,932.22 | -20% |
| 18 | Paşa Həyat Sığorta | 109,275.00 | -24% |
| 19 | Atəşgah Həyat Sığorta Şirkəti | 19,985.62 | -29% |
| 20 | Azərbaycan Sənaye Sığorta | 2,663.34 | -33% |
| 21 | AXA MBASK Sığorta Şirkəti | 999.55 | -90% |
| 22 | Xalq Həyat Sığorta Şirkəti* | 197.20 | – |
*Xalq Həyat SŞ – 2018-ci ilin eyni dövründə hələ fəaliyyətə başlamamışdı.







