Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556,866,578 manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597 manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama verib.
2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46.2 manatı sığorta hadisələrinin ödənişinə yönəldilmişdir. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48.8 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar 375 milyon 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 milyon 425 min manata yaxın məbləğ təşkil edib.
2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
2017-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında)+ MANATLA
Sığorta sinifləri | Sığorta haqları | Sığorta ödənişləri |
könüllü sığortalar üzrə – cəmi : | 375,231,473.05 | 199,424,892.20 |
o cümlədən: | ||
Həyat sığortası üzrə | 177,855,771.53 | 126,406,920.10 |
o cümlədən: | ||
həyatın ölüm halından sığortası | 37,942,389.49 | 2,351,493.47 |
həyatın yaşam sığortası | 137,927,658.08 | 124,045,576.63 |
annuitet sığortası | 0.00 | 0.00 |
əmək qabiliyyətinin sığortası | 1,868,207.33 | 0.00 |
sağalmaz xəstəliklərdən sığorta | 117,516.63 | 9,850.00 |
Qeyri-həyat sığortası üzrə | 197,375,701.52 | 73,017,972.10 |
o cümlədən: | ||
Şəxsi sığorta | 90,538,533.47 | 53,830,176.34 |
o cümlədən: | ||
fərdi qəza və xəstəlik sığortası | 4,272,657.13 | 451,793.77 |
tibbi sığorta | 83,165,692.02 | 53,002,789.25 |
xaricə səfər edən vətəndaşların sığortası | 3,100,184.32 | 375,593.32 |
Əmlak sığortası | 106,837,168.05 | 19,187,795.76 |
o cümlədən: | ||
əmlakın sığortası | 87,517,481.11 | 16,397,809.71 |
o cümlədən: | ||
əmlakın yanğından və digər risklərdən sığortası | 37,813,447.92 | 2,214,389.85 |
avtonəqliyyat vasitələrinin sığortası | 22,546,881.10 | 10,873,820.43 |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası | 310,542.80 | 0.00 |
hava nəqliyyatı vasitələrinin sığortası | 10,561,901.20 | 0.00 |
su nəqliyyat vasitələrinin sığortası | 7,595,516.76 | 0.00 |
yüklərin (nəqliyyat) sığortası | 3,257,520.74 | 76,021.07 |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası | 1,325,679.01 | 1,419,365.96 |
kənd təsərrüfatı heyvanlarının sığortası | 3,009,102.66 | 94,992.40 |
əmlakın sığortası ilə bağlı digər siniflər | 1,096,888.92 | 1,719,220.00 |
o cümlədən : | ||
işçilərin dələduzluğu sığortası | 1,047,996.92 | 1,719,220.00 |
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta | 48,892.00 | 0.00 |
titul sığortası | 0.00 | 0.00 |
mülki məsuliyyətin sığortası | 19,310,327.34 | 2,789,986.05 |
o cümlədən: | ||
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 1,211,101.04 | 101,075.60 |
2017-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış sığorta haqlarıvə sığorta ödənişləri haqqındaM Ə L U M A T (təcili məlumatlar əsasında)+MANATLA
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “A-Qroup Sığorta Şirkəti” | 12,689,677.02 | 8,098,874.04 |
2 | “AXA MBASK” Sığorta Şirkəti | 22,285,599.84 | 12,333,516.54 |
3 | “AtaSığorta” | 13,715,792.88 | 5,020,016.86 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 38,369,909.56 | 55,046,153.06 |
5 | “Atəşgah” Sığorta Şirkəti | 39,125,941.47 | 15,794,315.91 |
6 | “AzSığorta” | 25,317,135.81 | 9,112,596.39 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 40,444,876.00 | 12,370,915.00 |
8 | “Azərbaycan Sənaye Sığorta” | 7,227,671.04 | 3,360,612.24 |
9 | “Bakı Sığorta” | 1,299,250.33 | 283,221.09 |
10 | “Günay Sığorta” | 9,505,175.86 | 1,154,546.04 |
11 | “Mega Sığorta” | 16,854,267.59 | 3,147,533.72 |
12 | “Paşa Həyat Sığorta” | 152,757,723.26 | 58,004,591.98 |
13 | “Paşa Sığorta” Şirkəti | 107,569,005.23 | 43,439,060.83 |
14 | “Qala Həyat” Sığorta Şirkəti | 19,893,537.72 | 17,582,577.22 |
15 | “Rəvan Sığorta” | 690,342.51 | 546,891.34 |
16 | “Standard Insurance” Sığorta Şirkəti | 12,594,880.12 | 5,555,676.59 |
17 | “Xalq Sığorta” | 7,788,809.12 | 3,965,208.89 |
18 | “Qala Sığorta” | 10,911,344.31 | 423,725.63 |
19 | “İPƏK YOLU SIĞORTA” ASC | 17,682,489.47 | 1,788,886.16 |
20 | “Amrah Sığorta” | 21,548.45 | 72,446.16 |
21 | “Naxçıvansığorta” | 121,601.01 | 8,231.75 |
YEKUN | 556,866,578.60 | 257,109,597.44 |