2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 milyon 580 min manat təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42.7 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 861 min manat artaraq 281 milyon 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 22 milyon 302 min manat artaraq 147 milyon 726 min manata yüksəlib.
İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 846 min manat daha azdır. İcbari növlər üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 694 min manat azalaraq 40 milyon 854 min manat təşkil edib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
2017-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqlarıvə sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında) | |||
(manatla) | |||
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 3,398,694.29 | 5,684,691.27 |
2 | “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 17,139,255.50 | 9,421,835.20 |
3 | “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 9,490,814.28 | 3,214,678.18 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 25,870,451.48 | 38,563,497.26 |
5 | “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 27,857,207.48 | 11,662,064.71 |
6 | “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 18,794,638.87 | 6,672,510.07 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 23,275,534.00 | 9,471,384.00 |
8 | “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 6,267,296.85 | 2,726,320.84 |
9 | “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 1,075,770.82 | 212,916.43 |
10 | “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 20,503.48 | 35,924.78 |
11 | “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 6,649,642.62 | 702,168.05 |
12 | “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 14,394,570.46 | 2,180,117.40 |
13 | “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 112,191,908.53 | 38,287,872.56 |
14 | “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 93,613,710.87 | 35,160,967.30 |
15 | “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 14,145,020.06 | 14,420,574.39 |
16 | “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 447,624.93 | 452,731.82 |
17 | “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 10,114,345.27 | 4,467,310.22 |
18 | “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 5,269,129.25 | 3,198,181.74 |
19 | “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 7,546,807.69 | 200,418.63 |
20 | “İPƏK YOLU SIĞORTA” ASC | 16,705,981.95 | 1,777,166.18 |
21 | “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 15,801.10 | 58,384.16 |
22 | “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti | 68,015.19 | 8,015.00 |
YEKUN | 414,352,724.97 | 188,579,730.19 |
2017-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında) | ||
(manatla) | ||
Sığorta sinifləri | Sığorta haqları | Sığorta ödənişləri |
könüllü sığortalar üzrə – cəmi : | 281,647,784.28 | 147,725,550.63 |
o cümlədən: | 0.00 | 0.00 |
Həyat sığortası üzrə | 123,875,358.50 | 89,051,943.49 |
o cümlədən: | 0.00 | 0.00 |
həyatın ölüm halından sığortası | 24,095,737.43 | 1,845,032.80 |
həyatın yaşam sığortası | 98,672,867.67 | 87,197,060.69 |
annuitet sığortası | 0.00 | 0.00 |
əmək qabiliyyətinin sığortası | 1,006,341.50 | 0.00 |
sağalmaz xəstəliklərdən sığorta | 100,411.90 | 9,850.00 |
Qeyri-həyat sığortası üzrə | 157,772,425.78 | 58,673,607.14 |
o cümlədən: | 0.00 | 0.00 |
Şəxsi sığorta | 70,587,364.69 | 42,771,857.56 |
o cümlədən: | 0.00 | 0.00 |
fərdi qəza və xəstəlik sığortası | 3,097,774.65 | 364,965.77 |
tibbi sığorta | 64,981,929.26 | 42,117,391.83 |
xaricə səfər edən vətəndaşların sığortası | 2,507,660.78 | 289,499.96 |
Əmlak sığortası | 87,185,061.09 | 15,901,749.58 |
o cümlədən: | 0.00 | 0.00 |
əmlakın sığortası | 70,354,558.52 | 13,562,437.56 |
o cümlədən: | 0.00 | 0.00 |
əmlakın yanğından və digər risklərdən sığortası | 29,426,052.07 | 1,956,136.64 |
avtonəqliyyat vasitələrinin sığortası | 16,894,267.56 | 8,370,906.93 |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası | 273,381.63 | 0.00 |
hava nəqliyyatı vasitələrinin sığortası | 10,369,001.53 | 15,594.00 |
su nəqliyyat vasitələrinin sığortası | 7,087,387.70 | 0.00 |
yüklərin (nəqliyyat) sığortası | 2,300,686.07 | 36,976.02 |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası | 1,324,136.01 | 1,419,365.96 |
kənd təsərrüfatı heyvanlarının sığortası | 1,962,015.32 | 44,238.01 |
əmlakın sığortası ilə bağlı digər siniflər | 0.00 | 0.00 |
o cümlədən : | 0.00 | 0.00 |
işçilərin dələduzluğu sığortası | 668,738.63 | 1,719,220.00 |
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta | 48,892.00 | 0.00 |
titul sığortası | 0.00 | 0.00 |
mülki məsuliyyətin sığortası | 16,821,232.97 | 2,335,178.38 |
o cümlədən: | 0.00 | 0.00 |
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 1,070,685.42 | 89,872.60 |
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 0.00 | 0.00 |