Sığorta bazarının 62%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 236,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 2,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 142,8 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9% böyüyüb.

10 ayda ümumi ödənişin 74,1%-i və ya 103,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 milyon manat və ya ümumi bazarın 25,9%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər