Sığorta bazarının 62,5%-i könüllü formalaşıb.

Bu ilin yanvar-noyabr aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,5%-i və ya 251,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 1,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 151,2 milyon manat və ya bazarın 37,5%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 11,6% böyüyüb.

11 ayda ümumi ödənişin 74,5%-i və ya 117,35 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 11,1% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 40,15 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,6 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə bu rəqəm 42,7 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28 manatdan 26,5 manata düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər