2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 63,3%-i və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
Banker.az Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrüylə müqayisədə 8,2% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 89,1 milyon manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.
Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 milyon manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb.