10 C
Baku
Şənbə, Dekabr 4, 2021

Sığorta hadisələri şöbəsi – PAŞA Həyat

Struktur bölmə: Sığorta hadisələri şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Mütəxəssis

Son müraciət tarixi: 29 dekabr 2017-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

 

Vəzifənin öhdəlikləri:

 1. Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, İT platformada  və “Excel” bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
2. Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
3. Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması
4. Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
5. Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
6. Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
7. Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
8. Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
9. Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi, onların müraciətlərinin uyğun olaraq cavablandırılması;
10. Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi, hüquq və ya tibb sahəsi üzrə 1 illik iş təcrübəsi
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır
Kompüter bilikləri: MS Office proqramlarından əla səviyyədə istifadə bacarığı
Üstünlüklər: Hüquq və ya tibbi təhsilə üstünlük verilir
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası cv-lər “Sığorta hadisələri” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər
X