6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Sığorta hadisəsi ilə üzləşənlər tətilin bitməyini gözləməli olacaq

BANKER.AZ/ Azərbaycanda koronavirus (COVID-19) pandemiyası səbəbindən bir çox təşkilatlar Novruz bayramı tətilindən 29 mart tarixidə işə başlamalı idi. Nazirlər Kabineti (NK) xəstəliyin geniş arealda yayılmasını əngəlləmək üçün bir neçə dövlət orqanları xaric ölkədə fəaliyyət göstərən bütün təşkilatlara daha 1 həftə “istirahət etməyi” tövsiyə edib.

Yəni, qarşıdakı aprel ayının 6-dan yalnız təşkilatların fəaliyyət göstərməsi mümkün olacaq. Lakin, bu zamana qədər də yeni uzadılma kimi qərarlar baş verməzsə.

Bank sektoru açıqlayır ki, sabahdan fəaliyyət göstərəcək, sığorta sektorunda isə məsafədən fəaliyyətlərini qururlar. Maraqlıdır, hazırda hər hanasısa bir insan gözlənilməz sığorta hadisəsi ilə üzləşərsə uzadılıb-uzadılmayacağı bilinməyən 6 apreli gözləməlidir, bunu Sığorta Şirkətlərindən deyillər. Lakin, bir faktı qeyd edək ki, hazırda sığorta şirkətləri əmlak və ya avtomobil sığortası hadisəsini yalnız qeydə ala bilirlər. Bir çox şirkətdən Banker.az-a bildirilir ki, işçi heyətinin əksəriyyəti evdən onlayn işləyəcək.

Sığorta hadisəsi təkcə bu gündən sonra deyil, artıq bir neçə dəfə üzləşən şəxslər var – məsələn, bayramın ilk günlərində – onlar da yuxarıda qeyd etdiyimiz tarixi gözləməli olacaq.

Bununla bağlı Banker.az-a hazırda maliyyə sektoruna nəzarət edən Azərbaycan Mərkəzi Bankından deyilir ki, Sığortaçılar NK-nin qəbul etdiyi bütün müvafiq qərarları çərçivəsində özlərinin iş rejimlərini müəyyən edirlər.

“Sığorta xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə sığortaçılar müvafiq əməkdaşları distant (məsfədən) və ya növbəli şəkildə iş fəaliyyətini həyata keçirə bilərlər,” deyə, Azərbaycan Mərkəzi Bankından bildirilir.

Xatırladaq ki, hazırkı duruma görə ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 165 nəfər, həyatını itirənlərin sayı 3 nəfər və sağalanların sayı isə 15 nəfərdir. Ötən gün NK yanında Operativ Qərargah tətbiq edilən xüsusi rejimin daha da sərtləşdirilməsi ilə bağlı qərar verib. Onlardan biri də, Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın.

Son xəbərlər
Oxşar xəbərlər