Sığorta sektorunda yığılmış haqlarda siniflər üzrə təmərküzləşmə mövcuddur.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.
Sığorta haqlarının yarısından çoxu 3 sığorta sinfi üzrə cəmlənib. Belə ki, 2023-cü ilin ilk yarımili üzrə 3 əsas sığorta sinfinin – yaşam sığortası (42.2 %), tibbi sığorta (12.6%) və avto icbari sğortanın (11.8%) ümumi haqlarda payı 67% təşkil edib.