28 C
Baku
Saturday, July 27, 2024

Sığorta ödənişlərinin 91%-i 5 şirkətin payına düşür

Bu ilin fevral ayında Azərbaycanda həyata keçirilmiş 100 milyon 170 min manat sığorta ödənişinin 91 milyon 327 min manatı və yaxud 91%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər “PAŞA Həyat Sığorta” (43 milyon 58 min manat), “Dövlət Sığorta Kommersiya” Şirkəti  (24 milyon 324 min manat), “PAŞA Sığorta” (13 milyon 47 min manat), “Atəşgah Həyat Sığorta” (7 milyon 743 min manat) və “Xalq Sığorta” (3 milyon 155 min manat) ASC-lərdir.

Ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə  “Bakı Sığorta” (77 min manat) “Xalq Həyat” (73 min manat), “Naxçıvansığorta” (31 min manat) və “Rəvan Sığorta (23 min manat) olub. “Aqrar Sığorta” isə fevral ayında ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.

Son xəbərlər
Digər xəbərlər