2020-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda həyata keçirilmiş 465 milyon 153 min manat sığorta ödənişinin 401 milyon 359 min manatı və yaxud 86.3%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər “PAŞA Həyat Sığorta” (222 977 min manat), “PAŞA Sığorta” ( 71 452 min manat), “Atəşgah Həyat Sığorta” (55 971 min manat), “Dövlət Sığorta Kommersiya” (33 351 min manat) və “Xalq Sığorta” (17 608 min manat) ASC-lərdir.
12 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Xalq Həyat Sığorta” (0 manat), “Naxçıvan Sığorta” (49 manat), Rəvan Sığorta” (332 min manat), “Bakı Sığorta” (371 min manat) ASC-lərdir.