21 C
Baku
Thursday, April 25, 2024

Sığorta riski və ehtiyatların hesablanması üzrə mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  25 noyabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin biznes fəaliyyətinin aktuar hesablamaları ilə dəstəklənməsini icra etmək
2. Sığorta öhdəliklərinin ( ehtiyatların ) hesablanması və onlara uyğun maliyyə təminatlarının adekvatlığına nəzarət.
3. Sığorta öhdəliklərinin ( ehtiyatların )  strukturunun ( müddət, valyuta və s.) və gələcək pul axınlarının mütəmadi təhlilini aparmaq.
4. Əsas sığorta risklərin müəyyən edilməsi, ölçülməsi və risk səviyyələrinə təsir edən tədbirlər planın hazırlanamsı.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İqtisadiyyat, Statistika, Riyaziyyat və ya Kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi arzu olunandır;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, ingilis və rus dilləri biliyi üstünlükdür;
Kompüter bilikləri : Excel proqramından yüksək səviyyəli istifadə bacarıqları tələb olunur, digər        MS Office proqramlarında yaxşı səviyyəli işləmə bacarığı olmalıdır;
Üstünlüklər: FRM sertifikatı və/və ya Aktuar lisenziyasının olması, VBA/SQL biliyi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, bütövlük, problem həlletmə, geniş perspektiv.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az; (+994 12) 942

Vakansiya üçün müraciət qaydası : CV-lər “Sığorta riski və ehtiyatların hesablanması” mövzusu ilə [email protected]  ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər