14 C
Baku
Saturday, April 27, 2024

Sığorta sahəsində yeni sisteminin tətbiqinə başlanıb

Yeni sistem sığorta tələbinin elektron formada həyata keçirilməsinə imkan verir

Artıq ölkəmizdə sığorta tələbinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə hazırlanmış yeni proqram tətbiq edilir. Proqram vasitəsilə avtonəqliyyat sahibləri, eləcə də daşınmaz əmlak və onun istismarı ilə bağlı mülki məsuliyyətin sığorta tələbləri tənzimlənəck. Bura həmçinin sərnişinlərin icbari sığortasından irəli gələn tələblər daxildir. Yeni sistem şifahi müraciətdən başlayaraq sığorta ödənişinin verilməsi və məhkəmə işinin yekunlaşdırılmasınadək olan prosesi əhatə edir. Belə ki, sığorta tələbinin qeydiyyatı, təsdiqi, ödənişi barədə məlumat sistemdən müraciət edən şəxsə və ya zərərçəkmişə sms, həmçinin elektron poçt vasitəsilə göndərilir. Daha sonra müvafiq sığorta tələbi üzrə çatışmayan sənədlər müəyyən olunur və sığorta şirkəti bu barədə məlumatlandırılır.

Gələcəkdə sığorta tələbinin statusu və tələb haqqında qısa tarixçəni İcbari Sığorta Bürosunun internet səhifəsindən öyrənmək mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər