-1 C
Baku
Sunday, December 15, 2024

Sığorta sektorunu yalnız bu nazirlik yoxlayacaq

Sığorta şirkətlərini yalnız Maliyyə Nazirliyi yoxlayacaq.

Bankerın Ans-ə istinadən məlumatına görə, ölkə başçısının təsdiqlədiyi və noyabrın 1-dən qüvvəyə minəcək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında qanunda sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı da məqamlar öz əksini tapıb.

Artıq bu yoxlamaları aparacaq qurum konkret olaraq göstərilib. Bu isə Maliyyə Nazirliyidir. Bununla da sığorta sektoruna digər qurumların müdaxiləsinin qarşısı alınacaq.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib ki, bundan sonra müxtəlif qurumların sığorta şirkətlərində apardıqları yoxlamalar azalacaq.

“Nəzərə alsaq ki, hazırda müxtəlif səbəblərdən, ən əsası avtomobil idxalının azalmasına görə, sığorta yığımları aşağı düşüb, bu sektor çətin dövrünü yaşayır. Yoxlamalarla bağlı verilən bu qərarın məhz indiki vaxtda xüsusi əhəmiyyəti var”, deyə Xəyal Məmmədxanlı bildirib.

[su_youtube url=”https://www.youtube.com/watch?v=9ccfrEJdvCg”]

Son xəbərlər
Digər xəbərlər