10 C
Baku
Friday, December 13, 2024

Sığorta sektorunun aktivləri 1 mlrd. manatı ötüb

“Sığorta bazarının tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi qabaqcıl təcrübəyə uyğunlaşdırılması ilə bağlı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində İCP prinsipləri uyğunluğunun diaqnostikası aparılıb”.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, aşkarlanmış kənarlaşmaların aradan qaldırılması ilə bağlı tədbirlər planı müəyyən edilib.

2017-ci ildə sığorta sektorunun cəmi aktivləri əvvəlki illə müqayisədə 1,1% (11,2 mln. manat) artaraq 1,006 milyard manat təşkil edib. Aktivlərin 35,7%-i (0,4 mlrd. manat) bank depozitlərində cəmlənib.

Ümumilikdə, 2017-ci il ərzində sığorta sektorunun fəaliyyəti 21 sığortaçı, 1 təkrarsığortaçı, 23 sığorta brokeri və 753 sığorta agenti vasitəsilə təmin edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər