7 C
Baku
Thursday, December 12, 2024

Sığorta sektorunun yerli banklardakı vəsaitləri 22 milyon manat artıb

İl ərzində sığortaçıların yerli banklardakı vəsaitlərində artım müşahidə edilmişdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci illə müqayisədə ötən il sığorta sektorunun yerli banklardakı vəsaitləri 6% (22 mln.
manat) artaraq 392 mln. manat olmuşdur.

2021-ci ildə sığorta sektorunun yerli banklardakı vəsaitləri 371 mln. manat təşkil edib.

Qeyd edək ki, Sığorta sektorunun aktivləri əsasən dövlət qiymətli kağızlarına və banklardakı vəsaitlərə investisiya edilmişdir. Ümumilikdə, sığorta sektorunun aktivlərinin 78%-ni investisiya portfeli təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər