10 C
Baku
Thursday, December 12, 2024

Sığorta şikətlərinin investisiyaları 11% artıb

Sığorta şirkətlərinin institutsional investor kimi potensialı mövcuddur. Sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artaraq 1404 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.

Artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir. Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən DQK-dan və bank vəsaitlərindən ibarətdir. Yerli maliyyə alətlərinin çeşidinin artması sığorta şirkətlərinin investisiya fəaliyyəti üçün zəruridir.

Son xəbərlər
Digər xəbərlər