5 C
Baku
Wednesday, February 21, 2024

Sığorta şirkəti nizamnamə kapitalını artırır

A-Qroup Sığorta Şirkəti nizamnamə kapitalını artırır.

Şirkətdən verilən məlumata görə, A-Qroup Sığorta Şirkəti özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını növbəti dəfə artırıb. Beləliklə, A-Qroup Sığorta Şirkətinin nizamnamə kapitalı 7 308 250 manatdan 8 005 750 manatadək artırılıb.

A-Qroup Sığorta Şirkətinin inkişaf proqramı gələcəkdə bu göstəricinin artırılmasını nəzərdə tutur.

A-Qroup sığorta şirkəti sığorta bazarında 20 ildən artıq fəaliyyətini uğurla davam etdirir və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.

A-Qroup Sığorta Şirkəti, Beynəlxalq Maliyyə Kooperasiyası (IFC) tərəfindən korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə pilot proqramın ikinci mərhələsində seçilmiş yeganə sığorta şirkətidir.

A-Qroup növbəti dəfə ISO 9001 keyfiyyət standartlarına uygunluğunu təsdiqləyib.

Trend

Son xəbərlər
Digər xəbərlər