28 C
Baku
Saturday, July 27, 2024

Sığorta şirkətinin avtomobilləri hərracda satılıb – siyahı və qiymətlər

Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əsas vəsait və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı həyata keçirilib.

Banker.az bu barədə sığorta şirkətinin ləğvetmə komissiyasına istinadən xəbər verir.

Məhkəmənin müflis olma ilə əlaqədar 14 sentyabr 2020-ci il tarixində vermiş olduğu qərarın qüvvəyə mindiyi gündən etibarən sığorta şirkətinin balansında olan 11 (on bir) ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərrac yolu ilə satılmışdır. Satılmış avadanlıqlar və avtomobillərdən ümumilikdə 130743 (yüz otuz min yeddiyüz qırx üç) manat vəsait əldə olunmuşdur.

Hərrac yolu ilə artıq satışı həyata keçirilən avtomobillər barədə ətraflı məlumat aşağıdakı cədvəldə təqdim olunmuşdur:

Marka Model Buraxılış ili Dövlət nömrə nişanı Satış qiyməti Hərracın tarixi
1 HYUNDAI TUCSON 2009 90AH799 7,600 27.11.2020
2 HYUNDAI SONATA 2014 99PE615 15,675 27.11.2020
3 CHEVROLET AVEO 2012 90PG490 4,750 27.11.2020
4 HYUNDAI ACCENT 2012 10PJ964 12,400 11.01.2021
5 VAZ21214 NİVA 2012 90PV348 5,630 11.01.2021
6 HYUNDAI ACCENT 2012 90PB859 9,975 30.11.2020
7 HYUNDAİ SONATA 2011 10PX615 13,350 01.12.2020
8 HYUNDAİ TUCSON 2008 90AK799 11,994 19.02.2021
9 KIA CERATO 2011 99PB461 13,433 19.02.2021
10 HYUNDAI ACCENT 2012 10PJ966 11,034 19.02.2021
11 HYUNDAI IX35 2008 10PK931 19,190 19.02.2021
Cəmi yekunda 125 031

Şirkətinin əsas vəsait və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı “Bakı Hərrac Mərkəzi” MMC və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən həyata keçirilmişdir.

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə şirkətin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.

 

Son xəbərlər
Digər xəbərlər