Sığorta şirkətinin işçiləri nə qədər pul gətirir – SİYAHI

Sığorta şirkətlərinin 2018-ci ilin avqust ayı üzrə açıqladıqları yığım məbləğlərinə və resurs olaraq 2018-ci ilin 2-ci rübü üçün hazırladığımız işçilərin sayına əsasən bu dəfə də hər bir sığorta şirkətində çalışan işçiyə nə qədər yığımın düşdüyünü göstərən  siyahını sizə təqdim edirik.

Siyahıya əsasən işçi başına ən çox yığım “Paşa Həyat Sığorta” ASC şirkətinə məxsusdur ki, burda hər bir işçiyə 1 mln 51,3 min manat yığım düşür, ikinci yeri “İpək Yolu Sığorta” ASC tutur- 533,2 min manat. İşçi başına ən az yığım isə “Amrah Sığorta” ASC-dir ki, burada hər işçi şirkətə 20,9 min manat sığorta haqqı gətirir. Sonrakı yeri «Rəvan sığorta» tutur – hər işçi üçün 34,8 min manat.

Hər işçiyə düşən sığorta haqqının məbləği sığorta şirkətlərinin sığorta haqlarını nə qədər asanlıqla və ya əksinə, çətinliklə topladıqlarının da göstəricisi sayıla bilər.

“Bakı Sığorta” ASC, “Azərsığorta” DSKŞ, “Xalq Sığorta” ASC və “Naxçıvansığorta” ASC şirkətləri öz işçilərinin sayını gizlətdikləri üçün onlarda sözügedən göstəricini hesablamaq mümkün olmayıb.

Sığortaçının adı Hər işçiyə düşən yığım (min manat)
1 “Standard Insurance” ASC 103,2
2 “Atəşgah” ASC  77,6
3 “Rəvan Sığorta” ASC 34,8
4 “Amrah Sığorta” ASC 20,9
5 “Meqa Sığorta” ASC 162,7
6 “İpək Yolu Sığorta” ASC 533,2
7 “AtaSığorta” ASC 52,9
8 “AXA MBASK” ASC 147,6
9 “AZSIĞORTA” ASC 40,7
10 “Qala Həyat” ASC 150,8
11 “Paşa Həyat Sığorta” ASC 1051,3
12 “Qala Sığorta” ASC 93,4
13 “Sənaye Sığorta” ASC 125,2
14 “Paşa Sığorta” ASC 348,7
15 “Günay Sığorta” ASC 38,2
16 “A-Qroup Sığorta ” ASC 71,3
17 “Atəşgah Həyat” ASC  437,5