5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Sığorta şirkətinin rəhbərliyində böyük dəyişiklər olub

“Xalq Həyat” Sığorta Şirkəti ASC-nin rəhbər orqanlarında bir sıra dəyişiklər baş verib.

Banker.az xəbər verir ki, sığorta şirkətini tərk edən və yeni təyin edilənlər var.

Müşahidə Şurasının üzvü olan Seyidov Ruslan Əsəd oğlu vəzifəsini tərk edib. Onun yerinə Vəliyeva Sevinc Hüseyn qızı təyin edilib.

Quliyeva Aynurə Toğrul qızı İdarə Heyətinin müvəqqəti üzv kimi təyin edilib.

Təftiş Komissiyasının sədri kimi indiyədək üzv olmuş Hüseynov Abdulla Bəylər oğlu təyin edilib. O, bu vəzifədə Vasif Bayramovu əvəzləyib.

“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər