16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Sığorta şirkətləri ən çox hansı hallarda ödəniş verməkdən imtinalar verir?

Screen Shot 2021 09 02 at 14.34.20

İlk yazılara olan rəğbəti və oxuculardan daxil olan sorğuları nəzərə alaraq bu dəfə şirkətlərin sığorta ödənişi verməmək üçün zərərçəkmişlərə göndərdiyi imtina məktubları barədə araşdırdıq.

Həyat və qeyri-həyat sığortası üzrə lisenziyaya malik şirkətlərin imtinalarını ümumiləşdirərək təqdim edirik.

Beləliklə sığorta şirkətlərinin ödəniş verməkdən əsas imtina səbəbləri:

FB IMG 16168666301489970
“İnsurance Consulting Service” MMC-nin direktoru Aqil Nuriyev

1) Səlahiyyətli qurumların verdiyi natamam rəylərə istinad olunma. Avtoicbari, icbari əmlak, kredit, istehsalatda bədbəxt hadisə, peşə xəstəliyi, yığım sığortası kimi növlər üzrə şirkətlər ya sığorta qaydalarında, ya da müqavilədə, ya da ki qanunvericilikdə göstərilən qurumlara hadisəni və ya halı təsdiq barədə sorğu göndərsə də, qurumdan gələn qeyri-dəqiq rəy şirkətlər üçün bir əsas kimi götürülür.

2) Şəxslərin müqavilə bağlayarkən verdikləri natamam məlumat. Kredit və avtomobillərin kasko müqavilələrində düzgün maarifləndirmənin edilməməsi səbəbindən zərərçəkmiş hadisə zamanı “mən bunu demişdim” söyləməsi heç də şirkətin ödənişdən imtina etməsinin qarşısını almır.

3) Hadisə barədə vaxtında məlumat verməmək. Hüquqi şəxslərlə bağlanan sığorta müqavilələrində məlumatsızlıq səbəbindən 24 yaxud 48 saatlıq xəbərdaretmə şərtinə diqqət verilmir. Bu da imtina səbəbi kimi şirkətin əsası olur.

4) Sığorta qaydalarında göstərilən şərtlər. Hansı ki bu şərtlər müqavilə bağlananda müştəriyə bildirilmir. Müştəri, əsas da hüquqi şəxslər hər zaman şirkətin ödəniş edəcəyini düşünsə də, əksinə sığorta şirkətlərinin hüquqi şəxslər üçün maraqlı sürpriz qaydalarında göstərilən şərtlər ödənişə mane olur.

5) Qanunvericilikdə göstərilməyən səbəblər. Digər əsaslarla yanaşı sığorta şirkətləri bu kimi qanunvericiliyə zidd olan əsaslarla da ödəniş verməkdən imtina edə bilir.

Müəllif: “İnsurance Consulting Service” MMC-nin direktoru Aqil Nuriyev

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər