26 C
Baku
Saturday, July 27, 2024

Sığorta şirkətləri ötən ili necə başa vurdu? – Mənfəət və zərər edənlərin SİYAHISI

2019-ci il üzrə sığorta şirkətlərinin fəaliyyət nəticələri məlum olub.

Banker.az 2019-ci il üzrə yekun hesabatını açıqlayan sığorta şirkətlərinin maliyyə nəticələrini araşdırıb və sözügedən dövr üzrə hansı şirkətlərin mənfəət, hansı şirkətlərin zərərdə olduğunu müəyyən edib.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti ötən ili mənfəətlə başa vurub. Bu sığorta şirkətləri arasında ən yüksək mənfəət “Atəşgah Həyat” və “Meqa Sığorta” şirkətlərində qeydə alınıb ki, bu da müvafiq olaraq 7 mln. manat və 4 mln. manata yaxın olub.

Mənfəətinə görə sıralamada 3-cü və 4-cü yerdə “Qala Həyat Sığorta” (3 mln manat) və “A-Qroup” Sığorta şirkətləri (2 mln manat) olub.

4 sığorta şirkəti – “AXA MBASK” Sığorta, “Standard İnsurance”, “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ötən ili zərərlə başa vurub.

Sığorta şirkətlərinin xalis mənfəət və zərər göstəriciləri ilə aşağıdakı siyahıdan daha ətraflı tanış ola bilərsiniz:

menfeet zerer

Son xəbərlər
Digər xəbərlər