ASC “Standard Insurance” Sığorta Şirkətinin işçi heyəti azalmaqdadır.
Banker.az-ın əldə etdiyi məlumata görə, Sığorta Şirkətinin işçi heyətinin həcmi 1 yanvar 2019-cu il tarixində 90 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalma olması deməkdir. Sığorta Şirkətinin işçi heyəti ötən ilin əvvəli 101 nəfər idi.
Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.