21 C
Baku
Friday, April 26, 2024

Sığorta Şirkəti ona verilən “-8” reytinqini “həzm” edə bilmir

“Standard İnsurance” ASC sığorta şirkəti ölkənin sığorta şirkətlərinin ötən gün açıqlanan reytinqini əalətli saymır və onun nəticələrini qəbul etmir. Banker.az bildirir ki, bu barədə sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini Tural Ələsgərov bildirib.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.

Bu reytinq cədvəlində “Standard İnsurance” sığorta şirkəti mənfi 8 bal toplayaraq ən aşağı reytinqə layiq görülüb.

Cavabında «Standard İnsurance»ın idarə heyətinin sədrinin müavini Tural Əsgərov FED.az adlı sayta bildirib ki, bu göstəricini qəbul etmir və ədalətli saymır. Sədr müavini bildirib ki, reytinqdə şirkət haqqındakı mənfi qiymət yalnız bir mənfi rəy əsasında verilib: «Çünkü burda cəmi 1 nəfərdən sorğu götürüblər və buna əsasən reytinqi açıqlayıblar.

Bunula əlaqədar həmin müştəri ilə əlaqə saxlanılıb və məlum olub ki, həmin şəxs forma 4-sənədini verməyib və buna görə də ödənişdə gecikmə olub».

Şirkətdən bildirilib ki, hazırda “Standard İnsurance” müştərilərdən gələn mənfi rəylərin qarşısını almaq üçün işlər aparır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər