12 C
Baku
Saturday, November 23, 2024

Sığorta şirkəti seçərkən nələrə diqqət yetirmək lazımdır?

Sığorta şirkəti seçərkən ilk olaraq nələrə diqqət yetirirsiniz və ümumiyyətlə seçim etmədən öncə araşdırma aparırsınızmı? Cavabınız xeyirdirsə, yaxşı sığorta şirkətinin necə olmalı olduğuna birlikdə aydınlıq gətirək.

Həyat və sağlamlığın sığortası bir çox vətəndaşlarımız üçün bir yenilik olsa da, daim populyarlıq qazanmaqda davam edir. Bəs nəyə görə? İnsan hansı dəqiqədə nə ilə üzləşəcəyini, sağlamlığı ilə hansı problemi yaşayacağını bilə bilməz və problemlə üzləşdikdə ilk olaraq bunu nə ilə ödəyəcəyini düşünər. Bu hələ son deyil: dünyanı planlaşdırdığınızdan daha erkən tərk etdikdə, ailə və sevdiklərinizə baxacaq kimsə qalmır. Nə qədər kədərli mənzərə olsa da, sığortaya sahib olmaqla böyük xərclərdən azad olmaq olar. Çünki sizin əvəzinizə hər şeyi sığorta şirkəti ödəyəcək. Burada isə qarşınızda bir problem qalır ki, bu da ən yaxşı sığorta şirkətini seçməkdir.

Bəs yaxşı sığorta şirkətinin əlamətləri hansılardır?

1. Şirkətin fəalliyət göstərdiyi dövrün müddəti: Şirkət sığorta bazarında nə qədər uzun müddət fəaliyyət göstəribsə, bir o qədər müştəri əldə edə və problem həll edə bilib.

2. Müştəri sayı: Bu kateqoriya bir mənalı olaraq ilk kateqoriya ilə bağlıdır. Şirkət nə qədər “yaşlı” və etibarlı olarsa, onun sahib olduğu müştəri də bir o qədər çox olacaq. Bu da o deməkdir ki, şirkətin investisiya və sığorta üçün daha çox pulu var. Seçim edə bilmirsinizsə, tanışlarınızdan özlüyündə artıq ən yaxşı sığorta şirkətini seçən birindən məsləhət ala bilərsiniz.

3. Orta bazar dərəcələri: Əgər sığorta şirkəti sizdən digər sığorta şirkətlərindən fərqli olaraq daha az pul almağı təklif edirsə, sevinməyə tələsməyin. Qaydalara əsasən, bunu auditoriya toplamağa çalışan yeni işə başlamış sığorta şirkətləri edirlər. Ən yaxşı halda, dərəcələr yüksələcək və bir müddətdən sonra orta dərəcəyə yaxın olacaq, ən pis halda isə şirkət zərərlə işləməyə başlayacaq və bağlanacaq. Bu səbəbdən də, sağlamlığınıza qənaət etməyin!

4.Lisenziya və auditor rəyi: Heç nədən çəkinməyin və müştərisi olmaq istədiyiniz sığorta şirkətindən sığorta fəaliyyəti ilə məşğul olmasına icazə verəcək sənədin surətini tələb edin. Bununla yanaşı, şirkət barəsində auditor rəyini də nəzər yetirmək istədiyinizi bildirə bilərsiniz.

5. Təkrar sığortanın mövcudluğu: 100%-lik maliyyə təhlükəsizliyi və sizin və pullarınızın etibarlılığı üçün son zamanlar təkrar sığorta təcrübəsindən istifadə edilməyə başlanılıb. Şirkət pulların və öhdəliklərin bir hissəsini öz üzərinə götürür, bir hissəsini isə partnyor şirkətə ötürür. Bunun da nəticəsi olaraq, müştərisi olduğunuz şirkət iflas edərsə, siz istənilən halda sığortanızı qoruyub saxlayacaqsınız.

6. Etibarlılıq reytinqi: Əgər sığorta şirkətlərinin etibarlılıq dərəcəsini özünüz təyin edə bilmirsinizsə, sığorta şirkətlərinin etibarlılıq dərəcəsini əks etdirən və artıq hazır olan reytinqlərdən istifadə edə bilərsiniz. Bu reytinq mütəmadi olaraq yenilənir və özündə bir çox cəhətləri əks etdirir.

Ən yaxşı sığorta şirkətlərinin reytinqi (17.07.2014)

7. Ödəniş tarixi: Qaydalara əsasən, hər bir sığorta şirkəti müştərisini ödəniş tarixləri barədə məlumatlandırmalıdır: müştəri nə qədər, nə zaman, hansı hallarda ödəniş edəcək. Bu sizə gələcəkdə baş verə biləcək hadisələrin az da olsa təsvirini yaratmağa və hansı hallarda nə etməli olduğunuzu anlamağa kömək edəcək.

Sonda isə qeyd edək ki, sığorta – bu günkü müasir həyatımızda faydalı və lazımlı maliyyə alətidir və müəyyən bir hadisə ilə üzləşdikdə borclardan sizi xilas edəcək. Bu məqalə sizə sığorta şirkəti seçərkən səhv addım atmaqdan çəkindirəcək və seçim edərkən nəyə diqqət etməli olduğunuza diqqət çəkir.

Son xəbərlər
Digər xəbərlər