Sürücü Vasif Əhmədovun icbari sığorta elətdirdiyi şirkət qəza zamanı qarşı tərəfə dəyən ziyanın pulunu ödəmək istəmir. Buna səbəb isə şirkət əməkdaşının etdiyi səhlankarlıqdan şəhadətnamənin sistemə yerləşdirilməməsidir. Mütəxəssislər isə bu halda bütün məsuliyyətin sığorta şirkətinin üzərində olduğunu deyirlər. Sığorta ödənişindən imtina edildiyi halda isə iş məhkəmə yolu ilə həll edilməlidir. Belə hallarla qarşılaşmamaq üçün isə mütəxəssislərin sürücülərə məsləhətləri var.
avtosfer.az