8 C
Baku
Friday, December 13, 2024

Sığorta şirkətinin 4 mənzili hərraca çıxarılıb – Qiymətlər endirildi

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin  ümumilikdə satış qiyməti 1.150.000 (bir milyon yüz əlli min)  manat məbləğində müəyyənləşdirilmişdir. Hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  12 noyabr 2021-ci il tarixində saat  11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 11.500 (on bir min beş yüz)  manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 1.150. 000 11.500
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.                                                                     

Son xəbərlər
Digər xəbərlər