6 C
Baku
Sunday, December 15, 2024

Sığorta şirkətinin dörd daşınmaz əmlakı 1.9 milyona manata satılır – FOTOLAR

ASC “Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə ASC “Standard Insurance”ın ləğvetmə komissiyası məlumat yayıb.

Ləğv prosesində olan “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır. Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19 may 2021-ci il tarixdə saat  11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 900 000 (bir milyon doqquz yüz min)  manat, iştirak haqqının məbləği: 500 (beş yüz) manat, Behin məbləği: 19 000 (on doqquz min) manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Daşınmaz əmlakın təsviri Ünvanı Ümumi sahəsi  Satış qiyməti

AZN

İştirak haqqı

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil.

Ofis kimi istifadə olunmuşdur

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 359 m² 1 900 000 500 19 000
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

 ASC “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, 19 may 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir.  Birinci hərrac satışı 23 aprel 2021-ci il tarixində keçirilmiş, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olmuşdur.  Bu səbəbdən  hərrac qaydalarına uyğun olaraq  satışa çıxarılan əmlakın qiymətində (2 000 000 –iki milyon manat ) 5% endirim  edilmiş qiymət  1 900 000 manat olmuşdur.

324iu

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər