6 mart 2025-ci il tarixində saat 10:30-da təkrar hərraca çıxarılacaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri haqqında elan açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca 34 nəqliyyat vasitəsi çıxarılıb.
Nəqliyyat vasitələri 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.