“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri şirkəti tərk edib.
Banker.az xəbər verir ki, bu, Mordovskaya Marina Mixaylovnadır.
Bundan öncə Kəmalə Xəlilzadə Sabir qızı Direktorlar Şurasının üzvü seçilmişdi. O 2025-ci ilə qədər sığorta şirkətinin İdarə Heyətinin üzvü olub.
Hazırda Direktorlar Şurasının sədri Niyazi İmanov Cavanşir oğlu sədridir.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır.