8 C
Baku
Tuesday, March 19, 2024

Sığorta Şirkətinin səhmdarlarına 5,5 mln. manatlıq divident ayrılıb

“İpək Yolu Sığorta” ASC sığorta şirkətinin (Silk Way Insurance) səhmdarlarına 2018-ci ildə bölüşdürülməmiş mənfəətdən 5 milyon 555,87 min manat divident ayrılıb.

Bu barədə Banker.az Sığorta Şirkətinin 1 yanvar 2019-cu il tarixinə açıqladığı hesabata istinad edir.

Ötən ilin əvvəlində bölüşdürülməmiş mənfəəti 12 mln.63,52 min manat təşkil etdiyi halda, divident və ehtiyatlara ayırmalardan sonra ilin sonunda 276,65 min manata qədər azalıb.

Qeyd edək ki, 2015-ci ildən bu tərəfə ilk dəfə olaraq səhmdarlara divident ödənilib.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər