Dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyətininin rəhbərliyi dəyişdib.
Banker.az-ən əldə etdiyi məlumata görə, Əkbər Mədətli Eynulla oğlu şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Vüqar Mirqasımov Kamil oğlunu əvəz edib. V.Mirqasımov bu vəzifəyə 2022-ci ilin payızında təyin edilmişdi.
Əkbər Mədətli buna qədər “Atəşgah Sığorta” ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsində işləyib.
Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir