12 C
Baku
Friday, March 29, 2024

Sığorta şirkətləri bu sahələr üzrə ən az ödəniş ediblər

Yanvar-sentyabr aylarında ən az sığorta ödənişləri peşə məsuliyyətinin sığortası üzrə olub.

Banker.az Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən xəbər verir ki, sığorta şirkətlərinin ən az sığorta ödənişləri etdikləri sahə 1 974 manatla peşə məsuliyyətinin sığortası üzrə müşahidə olunub.

Daha sonra isə ən az sığorta ödənişləri, 3 641 manatla daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə və 3 906 manatla kredit sığorta üzrə olub.

Qeyd edək ki, ötən ay üzrə ən az ödənişlər, kreditlərin sığortası üzrə olmuşdur. Ötən ay ilə müqayisədə isə kredit sığortası üzrə ödənişlər 470 manat artıb.

Son xəbərlər
Digər xəbərlər