14 C
Baku
Saturday, November 16, 2024

Sığorta şirkətləri icbari avtosığortadan əvvəlki kimi qazana bilmir

Azərbaycanda sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS, yaxud icbari avtosığorta) üzrə portfeli öncəki illərdəki kimi mənfəətli deyil.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yanvar-avqust ayları üzrə statistik göstəricilərinə istinad edir.

Hesabat müddəti ərzində ölkə ərazisində icbari avtosığorta üzrə 69.92 mln. manatlıq sığorta haqqı yığılıb və bu öncəki ildən 6% çox olub. Lakin sığorta şirkətlərinin ödənişləri yığımdan daha yüksək dinamika ilə artıb. Hesabat dövrü ərzində 59.51 milyon manat ödəniş həyata keçirilib. Bu da ötən ilin müvafiq dövründən 30% artıqdır.

Azərbaycanda sığorta şirkətlərinin AVİSMİS portfeli 2021-ci ilin ilk səkkiz ayında 20.51 milyon manat mənfəətli olduğu halda, cari ildə bu rəqəm 49% azalaraq 10.41 mln. manata düşüb. Mənfəətli dediyimiz, sığorta şirkətinin yığımları ilə ödənişlər arasındakı fərqdir.

min manat
Tarix Sığorta haqları Sığorta ödənişləri Mənfəətlik(fərq)
2020 yanvar-avqust          62,442          36,927          25,515
2021 yanvar-avqust          66,102          45,600          20,502
2022 yanvar-avqust          69,920          59,505          10,415

Qeyd edək ki, noyabrın 1-dən avtosığorta üzrə yeni qayda tətbiq edilir. Mərkəzi Bankın yeni qaydasına əsasən, bundan sonra sığorta hadisəsi zamanı zərərçəkmiş tərəfin müqavilə imzaladığı şirkət xərcləri qarşılayacaq.

Bu qaydanın tətbiqinə iki ay qalmış artıq “Azsığorta” ASC “strategiya dəyişikliyini” əsas gətirməklə AVİSMİS-dən imtina etdi və Mərkəzi Bank da onun bu lisenziyasını məhdudladırdı.

Bir çox ekspertlər düşünür ki, yeni qaydadan sonra bəzi sığorta şirkətləri bu rəqabətdə davam gətirə bilməyəcək. Çünki, sürücü daha az adı qalmaqalda olan sığortaçını seçəcək və buna öz rahatçılığı hesabına məcburdur.

Son xəbərlər
Digər xəbərlər