Ölkədə 2022-ci ilin iyul ayında sığorta növlərindən bəzilərində yığım olsada, ödəniş olunmayıb. Bu da 100% gəlir əldə edilməsini təmin edib.
Banker.az xəbər verir ki, Yığım əldə olunan, lakin ödəniş olunmayan sığorta növləri aşağıdakılardır.
- Su nəqliyyat vasitələrinin sığortası (3 373.8 min manat),
- Hava nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətini sığortası (6 569.8 min manat ),
- Dəmiryol nəqliyyat vastələrinin sığortası (44.5 min manat),
- İşçilərin dələduzluğu sığortası (102.4 min manat),
- Peşə məsuliyyətinin sığortası (658.1 min manat),
- Kreditlərin sığortası (467.9 min manat),
- Sərnişinlərin icbari fərdi sığortası (45.6 min manat),
- Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası (4 392.5 min manat),
- İşəgötürənin məsuliyyət sığortası (603.5 min manat),
- Su nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətini sığortası (88.9 min manat),
- Qarışıq maliyyə risklərinin sığortası (417.4 min manat)