Müəllif: Sığorta Eksperti: Ramin Məmmədov
Sığorta şirkətlərindən YOX cavabı almağımızın digər səbəbləri:
- Sığorta haqqının ödənilməsində gecikmələr olur. Avtomobil sığortası (KASKO) müqavilələrində sığorta haqqının ödənilməsi qaydaları şığorta şirkətindən asılı olaraq dəyişə bilər. Lakin, sığorta qanunvericiliyində bütün sığortaçılar üçün eyni olan şərtlər də müəyyənləşdirilir ki, sığortaçılar bu şərtlər çərçivəsində hərəkət etməlidirlər.
Sığorta haqqının ödənillməsi qanunvericilikdə bu formada müəyyənləşdirilir.
- a) Sığorta haqqının ilk hissəsi sığorta müqaviləsi bağlandıqdan sonar 30 gün ərzində ödənilməlidir. Digər hissələr isə sığorta şirkətləri tərəfidən fərqli zamanlar üzrə bölgü aparıla bilər.
- b) Sığorta haqqının hissə hissə ödəniməsi zamanı təyin edilmiş ödəmə günündən ən çoxu 15 gün gecikdirilə bilər. Misal: Sığorta haqqının hissələrinin hər ayın 5-də ödənilməsi nəzərdə tutulubsa, bu zaman sığorta haqqı 20-si nə qədər ödənilməlidir.
Yuxarıda qeyd etdiyim şərtlərə uyğun sığorta haqqları ödənilməzsə sığorta şirkətinin ödənişdən imtina etmək hüququ yaranır.
Məsləhət: Sığorta haqqının ilkin hissəsini müqavilə bağlandıqdan sonar 30 gün ərzində, hissəli ödənişləri isə vaxtında ödəməyə çalışın və ya 15 gündən artıq gecikdirməyin. Satıcdan xahiş edə bilərsiniz ki, Sizə ödəniş günləri barədə hər ay xəbərdar etsin.
- Şinləriniz (təkərləriniz) zədələnib və sığorta şirkətinə müraciət etmisiniz. Sığorta qanunvericiliyində hər hansı hadisə nəticəsində avtomobilin yalnız şinləri zadələnibsə bu sığorta təminatına daxil edilmir. Lakin, əgər hadisə zamanı avtomobilin digər hissələri, məsələn yan qanad, zədələnibsə, bu zaman həm təkər həm də ki, qanad təmir xərcini sığorta şirkəti qarşılayır. Hadisə zamanı ancaq şinlər zədələnibsə sığorta ödənişi verilməyəcək. Hadisə zamanı şinlərlə yanaşı digər hissələrdə də zərər yaranırsa o zaman zərər qarşılanacaq.
Məsləhət: Sığorta müqaviləsində ümumi hallarda bu qayda tətbiq edilir. Əgər şinlərinizi də ayrıca sığortalamaq istəyiniz varsa, bu barədə sığorta müqaviləsində əlavələr etdirə bilərsiniz. Sığorta şirkətləri bu təminatı sığorta müqaviləsinə əlavə edə bilərlər. Bunun üçün Sizdən əlavə sığorta haqqı tələb edilə bilər.
- Hadizə zamanı avtomobilin banı zədələnmədən, rəng örtüyü (kraskası) qopub ya da cızılıb və Siz sığorta şirkətinə müraciət etmisiniz. Sığorta qanunvericiliyində ümumu hallarda qeyd edilir ki, əgər ban zədələnmədən rəng örtüyündə cızıq,qopuqlar yaranırsa bu sığorta təminatına daxil edilmir.
Misal: məhəllədə uşaqlar oynayarkən avtomobiliizin qapısını cızırlarsa sığorta şirkəti ödəniş etməyəcək.
Məsləhət: Yuxarıda qeyd etdiyim şərt ümumi müqavilələrdə tətəbiq olunur. Yəni, bu barədə sığorta müqaviləsində xüsusi qeyd yoxdursa, sığorta şirkəti ödəniş etməkdən imtina edəcəkdir. Hətta franşızanız 0 manat ola belə. Bu səbəbdən, ən kiçik zədələrdən bələ sığortalanmaq istəyiniz varsa, bu təminatı sığorta müqaviləsinə əlavə etdirə bilərsiniz. Təminat üçün sığorta şirkəti Sizdən əlavə sığorta haqqı tələb edə bilər.