11 C
Baku
Tuesday, December 9, 2025

Sığorta şirkətlərinin xalis mənfəətinə görə RENKİNQİ – İlk 3 rübün hesabatı

2025-ci ilin ilk doqquz ayında Azərbaycanda sığorta şirkətlərinin xalis mənfəət göstəriciləri ümumilikdə azalma meyli göstərsə də, bazarın əsas oyunçuları lider mövqelərini qoruyub. Sığortaçılardan yalnız biri rüblüyü zərərlə bitirib.

Banker.az xəbər verir ki, ilin ilk üç rübündə ümumilikdə 122.5 milyon manat xalis mənfəət əldə edib. Bu 2024-cü ilin eyni dövründəki 142.3 milyon manat olduğunu nəzərə alsaq, illik 13.9% azalmadır.

Reytinqə yenə də “Paşa Həyat Sığorta” başçılıq edir. Şirkət hesabat dövrünü 40,2 milyon manat xalis mənfəətlə başa vurub. İkinci yerdə 22,5 milyon manatla “Paşa Sığorta” qərarlaşıb. Üçlüyü 17 milyon manat xalis mənfəətlə “Azre Təkrarsığorta” tamamlayır.

Sığorta şirkətlərindən zərər edən isə yalnız “Azərbaycan Sənaye Sığorta”dır – 1.53 mln. manat.

32432432 1

 

 

Son xəbərlər
Digər xəbərlər