27 C
Baku
Saturday, July 27, 2024

Sığorta və təkrarsığorta broker ötən il kiçilib – Hesabat açıqlandı

“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC  2021-ci ili 832 min manat mənfəətlə başa vurub. Şirkət 2020-ci ildə 602 min manat mənfəət əldə etmişdir ki, bu da 2021-ci illə müqayisədə 38% artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin aktivləri azalıb, kapitalı isə artıb

“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC-nin 2021-ci ildə cəmi aktivləri 6 720 min manat olub ki, bu da 2020-ci illə müqayisədə 27% azalma deməkdir. Belə ki, şirkət 2020-ci ildə aktivlərdən 9 236 min manat əldə edib.

Şirkətin 2021-ci il cəmi kapitalı 1 310 min manat olub. Qeyd edək ki, öncəki il bu rəqəm 1 173 min manat olub, ki bu da 11% artım deməkdir.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər