-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Sığorta və təkrarsığorta brokerinin kiçilməsi ilə yanaşı mənfəəti də azalıb – Hesabat açıqlandı

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin 2019-cu ilin dekabr ayının 31-nə mənfəəti  481 min manat olub. 2018-ci ilin eyni dövründə isə şirkətin mənfəəti 680 min manat təşkil edib. Belə ki, sığorta və təkrarsığorta brokerinin mənfəəti 29,3% azalıb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5 milyon 454 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 36% azalıb.

2019-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in cəmi öhdəlikləri 40% azalaraq 4 miln 233 min manata, cəmi kapitalı isə 12,4% azalaraq 1 milyon 221 min manata düşüb.

2019-cu ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2018-ci ilə nisbətən 29,4% az– 120 min manat mənfəət vergisi ödəyib.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.

Son xəbərlər
Oxşar xəbərlər