12 C
Baku
Wednesday, December 11, 2024

Sığorta vasitəçiliyi üzrə keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

24 avqust 2018-ci il tarixində sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 4 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

  1. Abbasov Vüsal Aydın oğlu 86 bal
  2. Əliyev Elmir Bayram oğlu 90 bal
  3. Abbasova Nərminə Sahib qızı 92 bal
  4. Tahirov Zamin Nizami oğlu 92 bal
  5. Novruzov Rafael İlqar oğlu 67 bal
Son xəbərlər
Digər xəbərlər