12 C
Baku
Monday, October 28, 2024

Sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb

Bu gün Azərbaycanın sığorta bazarında fəaliyyət göstərmək istəyən yerli və xarici investorlar üçün bütün normativ-hüquqi şərait mövcuddur.

Bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O, qeyd edib ki, ölkədə sığorta bazarının inkişafı üçün müvafiq işlər görülüb və görülməkdədir: “Son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb. Sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli işlər görülüb. Bununla belə, əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir”.

Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri | FOTO:Report Agentliyi
Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri | FOTO:Report Agentliyi

R. Aslanlının sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib: “Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq”.

Publika.az

Son xəbərlər
Digər xəbərlər