17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Sığorta yığımlarının 73%-i 5 şirkətin kassasına daxil olur

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda toplanılmış 728 milyon 634 min manat sığorta haqqının 529 milyon 543 min manatı və yaxud 72.7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (242 632 min manat), “PAŞA Sığorta” (163 453 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta” 49 122 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41 498 min manat) və “Qala Sığorta” (32 838 min manat) ASC-lərdir.

2020-ci ildə ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvansığorta” (1 671 min manat), “Rəvan Sığorta” (1 078 min manat) və “Aqrar Sığorta” (18 min manat) ASC-lərdir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər