11 C
Baku
Friday, October 25, 2024

Sığorta yığımlarının 74%-i 5 şirkətin kassasına daxil olur

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 628 milyon 374 min manat sığorta haqqının 462 milyon 309 min manatı və yaxud 73.6%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (208 milyon 514 min manat), “PAŞA Sığorta” (145 milyon 940 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta” 46 milyon 83 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (34 milyon 269 min manat) və “Meqa Sığorta” (27 milyon 503 min manat) ASC-lərdir.

10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvansığorta” (1 milyon 386 min manat), “Rəvan Sığorta” (1 milyon 78 min manat) və “AXA MBask” (5 min manat) ASC-lərdir.

Son xəbərlər
Digər xəbərlər