Sığortaçılarda rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün fevralın 18-də növbəti test imtahanı keçiriləcək.
“Report” bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən xəbər verir.
İmtahan üçün sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər fevralın 17-də saat 12:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə [email protected] vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.