13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Sığortaçılar oktyabr ayında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbərliyi ilə görüşəcəklər

Azərbaycanın sığorta şirkətlərinin rəhbərləri rübdə bir dəfə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarətinin rəhbər şəxsləri ilə görüşəcəklər. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, bu qərar ASA-nın Müşahidə Şurasının iclasında qəbul edilib. Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbərliyi ilə ilk belə görüş oktyabr ayında baş tutacaq.

İclasda iki istiqamətdə fəaliyyət göstərəcək Sığorta Tədris Mərkəzinin yaradılması məsələsi müzakirə olunub. Bir tərəfdən bu mərkəzdə sığorta agentlərinə təlim keçiriləcək. Digər tərəfdən isə sığorta sahəsinə maraq göstərən tələbələr təlimə cəlb ediləcək.

İclasda 8 sığorta şirkətinin – “Azərsığorta”, “AXA MBASK”, “Standard Insurance”, “AzSığorta”, “A-Qroup”,”İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Atəşgah Həyat Sığorta” şirkətləri və “AzRe” təkrarsığorta şirkətinin rəhbər əməkdaşları iştirak edib.

ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.

Müəllif: A.Əzizov

Son xəbərlər
Oxşar xəbərlər
X