Azərbaycanda tibbi sığorta kommersiya şirkətləri üçün 2025-ci il daha mənfəətli görünür. Ödəniş və yığımlar arasındakı nisbət – zərərlilik əmsalı ilin ilk 7 ayında aşağı düşüb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, zərərlilik əmsalı 62%-dən 55%-ə düşüb. Yəni şirkətlər keçən il hər 100 manat yığımından 62 manatını ödənişlərə yönəldirdisə, cari ildə bu rəqəm 55 manata düşüb. Bu da onların hər 100 manatda 7 manat mənfəətliliyinə köməkdir.
Tibbi sığorta bazar keçən illə müqayisədə 5% artım göstərməklə cari ilin ilk 7 ayında 91.65 milyon manata yüksəlib. Bunun qarşılığında sığortaçılar müştərilərinə 50.82 milyon manat ödəniş ediblər. Bu 2024-cü ilin analoji dövründən 6% aşağıdır.
Ümumilikdə ölkədə könüllü şəxsi sığorta bazarı ilk yeddi aya 99.29 mln. manat yığım, ödəniş 51.5 mln. manat olub.
Tibbi sığorta – vətəndaşların xəstəlik və müalicə xərclərini qarşılamaq üçün sığorta şirkətlərinə ödədiyi haqq müqabilində əldə etdiyi təminatdır. Başqa sözlə, sığortalı şəxs xəstələndikdə və ya tibbi xidmətə ehtiyacı olduqda, xərclərin müəyyən hissəsini və ya hamısını sığorta şirkəti ödəyir.