16 C
Baku
Thursday, May 2, 2024

Sığortaçılar üçün həyat sığortası üzrə qazanclılıq yüksəlmədədir

2024-cü ilin yanvarında Azərbaycanda həyat sığortası bazarında gəlirlilik yüksəlməkdədir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, könüllü həyat sığortası üzrə sığorta şirkətləri 18.61 mln. manat sığorta haqları ilə sığorta ödənişləri fərqindən gəlir əldə ediblər. Belə ki, bu 2023-cü ilin müvafiq dövründə 14.64 mln. manat təşkil edirdi. İllik müqayisədə 27 faizlik artımdır.

Hesabat müddətində sığortaçılar yığımlarını 40.17 mln. manat və ödənişləri isə 21.56 mln. manat olmaqla müvafiq olaraq illik 17% və 10% artım nümayiş etdirmiş olublar.

Yığımların əsas hissəsini 37.87 mln. manat olan həyatın yaşam sığortası və 2 mln. manatını isə ölüm halından sığorta təşkil edib.

Həyat sığortası üzrə bazarın əsas lideri “PAŞA Həyat” ASC-dir. O, keçən ay 37.81 mln. manat yığıma qarşı cəmi 17.79 mln. manat ödənişlər həyata keçirib. Bu şirkətin brutto gəlirlərinin 16.89 mln. manatdan 20.02 mln. manata yüksəlməsi deməkdir.

Həyat sığortası bazarında digər şirkətlər “Atəşgah Həyat Sığorta Şirkəti” ASC 46% yığımları yükdəldərək 5 mln. manata qaldırdığı halda, “Qala Həyat Sığorta Şirkəti” ASC mövqe itirib. Yığımlar 17% azalaraq 0.97 mln. manata düşüb.

“Xalq Həyat” Sığorta Şirkəti ASC-nin yığımları illik 11% azalaraq  0.62 mln. manata qədər azalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər