Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) mayın 30-u və iyunun 1-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçirəcək.
DSNX-dan bildiriblər ki, imtahana qatılmaq üçün sənədlərini təqdim etmiş şəxslər mayın 27-də saat 17-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edərək öz iştiraklarını təsdiqləməlidirlər.
AZƏRTAC