14 C
Baku
Thursday, November 21, 2024

Sığortaçıların icbari avto-sığortalar üzrə mənfəətliliyi 3 dəfə yüksəlib

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımların həcmi 2023-cü ilin ilk 11 ayında 147.79 milyon manat təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilir ki, bu da illik müqayisədə 45 faiz artım deməkdir.

İcbari avto-sığortalar üzrə ödənişlərin həcmi isə illik 9 faiz artaraq 89 mln. manat olub.

Sığorta haqları ilə sığorta ödənişlərinin fərqi 58.16 mln. manat olmaqla öncəki ildən 38.23 mln. manat və ya 3 dəfə çoxdur.

2023-cü ildə sığorta haqları və ödənişlərinin həcmi, min manat

Tarix  Sığorta haqları  Sığorta ödənişləri  Fərq
Yanvar          11,271          7,920          3,351
Fevral          12,187          9,286          2,900
Mart          12,209          5,808          6,401
Aprel          12,501          7,616          4,884
May          14,778          8,471          6,307
İyun          13,929          7,392          6,537
İyul          15,770       10,162          5,608
Avqust          14,978          8,115          6,863
Sentyabr          13,893          7,909          5,984
Oktyabr          13,563          9,234          4,329
Noyabr          12,714          7,724          4,990
CƏMİ       147,793       89,637       58,156

 

 

Son xəbərlər
Digər xəbərlər